Zelenski G7 liderlərindən daha çox silah istədi

Zelenski G7 liderlərindən daha çox silah istədi
Oxunma sayı: 1408

Ukrayna Prezidenti Volodimir Zelenski G7 liderlərindən Rusiyaya qarşı daha çox silah, o cümlədən hava hücumundan müdafiə sistemləri təmin etməyi xahiş edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Zelenski Almaniyanın ev sahibliyi ilə Bavariyadakı Elmau sarayında keçirilən G7 Liderlər Sammitində videokonfrans vasitəsilə çıxışı zamanı danışıb.

G7 ölkələrinin liderlərini Rusiyaya qarşı sanksiyaları artırmağa çağıran Zelenski onlardan Kiyevə taxıl məhsullarının ixracına kömək etməyi və Ukraynanın yenidən qurulması üçün maliyyə yardımı etməyi tələb edib.