Zelenski ilə Makron telefonla danışdı

zelenski-ile-makron-telefonla-danisdi
Oxunma sayı: 1983

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Zelenski Tvitter səhifəsində yazıb. Ukrayna lideri bildirib ki, onlar Normandiya formatını və Donbass üzrə təmas qrupunun işini müzakirə ediblər: 

“Biz Emmanuel Makronla dialoqu davam etdirdik. Mən ona Ukraynaya səfərinə görə təşəkkür etdim. Biz N4 (“Normandiya dördlüyü” – red.), Üçtərəfli Əlaqə Qrupu çərçivəsində təhlükəsizlik vəziyyəti və sülh prosesinin intensivləşdirilməsi yolları haqqında danışdıq. Son beynəlxalq danışıqlar barədə fikir mübadiləsi apardıq. Mən Emmanuel Makronun gərginliyin azaldılması prosesində şəxsi iştirakını yüksək qiymətləndirirəm”.