Bu gün Ukrayna Ali Radasının növbədənkənar iclasında maraqlı anlar yaşanıb.
“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, parlamentin iclasında Ukraynanın hazırkı Prezidenti Vladimir Zelenski ilə keçmiş prezidenti Petro Poroşenko bir-birinin əlini sıxıb. Bir müddət söhbət edən siyasilərin görüntüsü sosial şəbəkə istifadəçilərindən biri tərəfindən paylaşılıb.
Zelenski ilə Poroşenkonun əl verib görüşərkən bir-birlərinin üzünə baxmaması da diqqət çəkib.
Son xəbərlər
Son Xəbərlər