Zelenski İlham Əliyevi Kiyevə dəvət etdi

zelenski-ilham-eliyevi-kiyeve-devet-etdi
Oxunma sayı: 1583

Ukrayna Prezidenti Vladimir Zelenski Prezident İlham Əliyevi Kiyevə rəsmi səfərə dəvət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Ukrayna prezidentinin Azərbaycanın dövlət başçısına ünvanladığı təbrik mətnində yer alıb.

“Ümidvaram ki, 2021-ci ilin avqust ayında Ukraynanın müstəqilliyinin 30 illiyinin təntənəli surətdə qeyd edilməsi tədbirləri çərçivəsində Sizi Kiyevdə salamlamaq və ikitərəfli tərəfdaşlığa dair bütün kompleks məsələlər barədə dialoqumuzu davam etdirmək fürsətim olacaq”, - V.Zelenski qeyd edib.