Zelenski ilk dəfə Türkiyədə rəsmi səfərdədir - Foto

zelenski-ilk-defe-turkiyede-resmi-seferdedir
Oxunma sayı: 3014

Ukrayna prezidenti Vladimir Zelenski ilk dəfə Türkiyəyə rəsmi səfərə gedib.

“Qafqazinfo” Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, ilk növbədə Krım-tatar icmasının mərkəzinin açılışında iştirak edib.

Zelenskinin Ankarada ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla, İstanbulda isə Konstantinopol Patriarxı I Varfolomeylə görüşəcəyi bildirilir.

Qeyd edək ki, səfər Türkiyə prezidentinin dəvəti əsasında gerçəkləşir.