Zelenski karantini pozdu

Zelenski karantini pozdu
Oxunma sayı: 2073

Ukrayna Prezidenti Vladimir Zelenski koronavirusun yayılması səbəbindən ölkədə tətbiq olunan özünütəcrid rejimini pozub və Xmelnitskidə yerləşən kafelərdən birinə gedib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, müvafiq foto dövlət başçısı ofisinin İnstaqram hesabında yerləşdirilib.

Fotodan göründüyü kimi, Zelenski ətrafında daha bir neçə nəfərlə iaşə obyektində masa arxasında əyləşib və kofe içir. Bu məqamda qeyd edək ki, Ukraynada restoran və kafelərə iyunun 5-dən qonaq qəbul etmələrinə icazə verilib.

“Xmelnitskidə əla kofe! Ətirli və dadlı! Kafelər karantindən çıxır, koronavirus epidemiyasından yavaş-yavaş yaxşılaşırıq”, - paylaşıma olan yazıda qeyd edilib.

Zelenskinin ofisində bildirilib ki, adətən şəhərin bu hissəsində çox sayda gənc toplaşır, dövlət başçısının gəlişi isə “böyük ajiotaj yaradıb”.

Qeyd edək ki, Ukraynada 24 823 nəfərdə koronavirus aşkarlanıb, 735 pasiyent vəfat edib, 10 440 nəfər sağalıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi