Zelenski Kiyev vilayətindən təxliyə olunan əhalinin sayını açıqladı

zelenski-kiyev-vilayetinden-texliye-olunan-ehalinin-sayini-aciqladi
Oxunma sayı: 2785

“Ukrayna humanitar dəhlizlərin işinin davam etdirilməsi üçün hər şey edəcək”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində deyib.

“Dünən nəhayət Sumı şəhərindən Poltavaya humanitar dəhlizlər təşkil etmək mümkün oldu. 1600 tələbə və şəhərin 3500 sakinini xilas etdik. Kiyev vilayətinin şəhər və qəsəbələrindən təxliyə davam edir. Dımer, Vorzel, İrpendən artıq 18 mindən çox şəxs çıxarılıb. Bu gün humanitar dəhlizlərin işinin davam etməsi üçün hər şeyi edəcəyik”, - deyə Zelenski söyləyib.

Xatırladaq ki, Ukraynanın Baş nazirinin müavini, nəzarət olunmayan ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşuk bu gün Enerqodar-Zaporojye, Sumı-Poltava, Mariupol-Zaporojye, Volnovaxa-Pokrovsk, İzyum-Lozovaya istiqamətlərində təxliyə üçün atəşkəs rejimi tətbiq ediləcəyini açıqlamışdı. Bununla yanaşı, Kiyev vilayətinin Borzel, Buça, Borodyanka, İrpen və Qostomel yaşayış yerlərindən Kiyev istiqamətində mülki şəxslərin təxliyəsi həyata keçiriləcək.