Zelenski Kliçkonu istefaya göndərmək istəyir?

zelenski-klickonu-istefaya-gondermek-isteyir
Oxunma sayı: 2291

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisi Kiyevin meri Vitaliy Kliçkonu vəzifəsindən kənarlaşdırmağa hazırlaşır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Strana” yayıb. 

İddialara görə, Zelenskinin ofisi Kiyevdə sığınacaqlarla bağlı yaranan münaqişədən istifadə edərək şəhərdə yerli hakimiyyət orqanları üzərində tam nəzarətin yaradılmasına nail olmaq istəyir: “Buna görə də, yaxın zamanlarda hüquq-mühafizə orqanları mütəmadi axtarış əməliyyatları həyata keçirəcəklər”.

Qeyd edək ki, iyunun 1-i Kiyevdə hava hücumu ilə bağlı həyəcan siqnalı verildikdə paytaxtın çox sayda sakini sığınacaqlara gedə bilməyib. Bu isə paytaxt sığınacaqlarının yararsız olması ilə bağlı qalmaqala səbəb olub. Hazırda sığınacaqlarla bağlı yoxlanışlar aparılır.

Həmçinin oxuyun: Новый Mercedes-Benz GLC уже в Баку!