"Ukraynaya ölkəni korrupsiyadan təmizləyə bilən prezident lazımdır".
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin aparat rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç jurnalistlərə açıqlaması zamanı bildirib.
"Zelenski korrupsiyanı sona çatdıra bilməyib. Ukraynaya yalnız bir şey lazımdır. Özü oğurluq etməyən və başqalarına da imkan verməyən prezident. Təəssüf ki, indiyə qədər bu məsələdə bəxtimiz gətirmədi”, - deyə Arestoviç vurğulayıb.
Keçmiş müşavir qeyd edib ki, indiki prezident korrupsiyanın öhdəsindən tam gələ bilməyib.
Son xəbərlər
Son Xəbərlər