Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen ilə ölkənin Avropaya inteqrasiyasını müzakirə edib.
Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunur ki, Zelenski ilə Leyen arasında danışıqlar mayın 9-da Kiyevdə Rusiyada Qələbə Gününün qeyd edilməsi zamanı baş tutub.
Görüş zamanı Zelenski Avropa İttifaqının tezliklə Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyəcəyinə ümid etdiyini də bildirib.
Son xəbərlər
Son Xəbərlər