Zelenski Makron və Şolts ilə görüşdü - Yenilənib

zelenski-makron-ve-solts-ile-gorusdu
Oxunma sayı: 2359

Ukrayna Prezidenti Volodimir Zelenski Londondan Parisə yola düşüb, orada fransalı həmkarı Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla görüşəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.

“Volodimir Zelenski Londondan uçdu və tezliklə Parisin Orli hava limanına enməlidir”, - məlumatda deyilir.

Qeyd edək ki, fevralın 8-də Zelenski Londona səfər edib. Bu, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri onun ikinci xaricə səfəridir.

***

Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla görüşüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Volodimir Zelenski sosial şəbəkə hesabında paylaşıb.

Bildirib ki, görüşdə xüsusilə Ukraynanın silah tədarükü ilə bağlı məsələləri müzakirə olunub.