Ukraynada prezidentliyə namizəd şoumen Vladimir Zelenski Fransaya səfər edib. “Qafqazinfo”nun “strana.ua” portalına istinadən verdiyi xəbərə görə, Fransa prezidenti Emmanuel Makron Zelenskini Yelisey sarayında qəbul edib.
Məlumata görə, Makron səfirlərlə görüşüb onlara etimadnamələrini təqdim etməli olduğundan görüş təxminən 30 dəqiqə davam edib.
Qeyd olunur ki, E. Makron Zelenski ilə görüşdən 3 saat sonra Ukraynanın hazırkı dövlət başçısı Petro Poroşenko ilə də görüşüb.

Son xəbərlər
Son Xəbərlər