Zelenski NATO-dan hava məkanının bağlanılmasını istədi

zelenski-nato-dan-hava-mekaninin-baglanilmasini-istedi
Oxunma sayı: 4176

“Ukraynanın hava məkanını bütün Rusiya raketlərinə, aviasiyalarına bağlayın”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O, NATO-ya müraciət edərək, humanitar hava zonasının yaradılmasını istəyib:

“İnsanları qorumaq sizin humanitar borcunuzdur. Əgər bunu etməsəniz, təyyarələr verməsəniz, onda yeganə nəticə çıxarmaq olar ki, siz də bizim yavaş-yavaş öldürülməyimizi istəyirsiniz. Bu məsuliyyət bu gün və həmişəlik dünya və Qərb liderlərinin üzərinə düşür”.