Zelenski NATO-nun Baş katibi ilə danışdı

zelenski-nato-nun-bas-katibi-ile-danisdi
Oxunma sayı: 1670

Ukrayna Prezidenti Volodimir Zelenski və NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynanın Alyansa daxil olması üçün gələcək addımları müzakirə ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Zelenski tvitter hesabında yazıb.

“Mən strateji tərəfdaşlarımızla daimi təmasdayam. NATO-nun Baş katibi ilə telefon danışığım olub. Biz Ukraynanın Avro-Atlantik inteqrasiyası istiqamətində gələcək addımları razılaşdırdıq”, - deyə Zelenski qeyd edib.