Zelenski NATO-nun sammitində iştirak edəcək

zelenski-nato-nun-sammitinde-istirak-edecek
Oxunma sayı: 1111

Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Madriddə keçiriləcək sammitində iştirak edəcək.

“Qafqazinfo” “Politico” nəşrinə istinadən xəbər verir ki, bunu NATO baş katibinin müavini Mirça Coane deyib.

“Madriddəki sammitdə prezident Zelenskinin bu və ya digər şəkildə iştirakı olacaq”, - Coane deyib.

Baş katibin müavininin sözlərinə görə, sammitdə NATO-ya üzv ölkələrin liderləri bir çox məsələləri nəzərdən keçirməli olacaqlar:

“Mən deyə bilərəm ki, bu, həqiqətən də NATO tarixində ən transformativ sammitlərdən biri olacaq. Biz bizim üçün çox vacib onilliyi səbirsizliklə gözləyirik. NATO Avropa təhlükəsizliyinin mərkəzi elementidir”.

O qeyd edib ki, NATO-nun yeni strateji konsepsiyası da qəbul ediləcək. Alyansın genişlənməsi və “açıq qapı” siyasəti məsələlərinə ayrıca baxılacaq.