Ukrayna Prezidenti Volodimir Zelenski mayın 4-də Niderland kralı Villem Aleksandrla görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkədə məlumat verib.
“Azadlığımızın və müstəqilliyimizin müdafiəsində Niderlandın Ukraynaya göstərdiyi hərtərəfli dəstəyə, habelə kralın və kral ailəsinin müharibədən sığınacaq axtararaq Niderlanda gələn ukraynalılara şəxsi qayğısına görə təşəkkür edirəm”, - Ukrayna Prezidenti qeyd edib.
Son xəbərlər
Son Xəbərlər