Zelenski ölkədə dövlət çevrilişinin hazırlandığını açıqladı - Yenilənib

zelenski-olkede-dovlet-cevrilisinin-hazirlandigini-aciqladi
Oxunma sayı: 2601

Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 1-i ölkədə dövlət çevirilişi cəhdinin hazırlanması barədə məlumat əldə edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Zelenskinin sözlərinə görə, biznesmen Rinat Axmetov bu planda iştirak edir və bunun üçün ona milyardlarla dollar ayrılır.

Bununla yanaşı, Zelenski bildirib ki, dövlət çevirilişinə və sahibkarın bu prosesdə iştirak edəcəyinə inanmır.

Qeyd edək ki, 55 yaşlı milyarder R. Axmetov həm də Ukrayna Ali Radasının “Regionlar Partiyası”ndan deputatıdır. Oliqarx 1996-cı ildən “Şaxtyor” futbol klubunun prezidentidir.

***

V. Zelenskinin sözlərinə görə, onun əlində Rusiya və Ukrayna nümayəndələrinin biznesmen Rinat Axmetovun iştirakını müzakirə etdiyi, habelə buna milyardlarla dollar cəlb edildiyini iddia edən audiomateriallar var.

“Hesab edirəm ki, bu məlumat konkret olaraq Axmetovu mənə və dövlətə qarşı müharibəyə cəlb etmək üçündür”, - deyə Zelenski vurğulayıb. 

Bununla belə, Ukrayna Prezidenti bildirib ki, əgər belə bir hadisə həqiqətən də baş verərsə, o, öz ofisində işləməyə davam edəcək. 

Zelenski hesab edir ki, Axmetovu bu vəziyyətə onun əhatəsindəki insanlar sürükləyir və o, bunu böyük səhv adlandırıb.