Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrinin baş komandanlarının müavinlərini və Baş Qərargahı rəislərinin müavinlərini də təyin edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Bildirib ki, bununla da ölkənin Müdafiə Qüvvələrində idarəetmə komandanı yenidən qurulur.
Xatırladaq ki, Zelenski Ukrayna Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə Anatoli Barhileviçi, Quru Qoşunlarının komandanı vəzifəsinə isə Aleksandr Sırski təyin edib.
Son xəbərlər
Son Xəbərlər