Ukrayna Prezidenti Volodimir Zelenski blokada problemini həll etmək üçün Polşanın Baş naziri Donald Tusku ölkələr arasında sərhəddə görüşməyə dəvət edib.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə teleqramda bildirib.
“Və sizdən, Donald, cənab Baş nazir, sərhədə gəlməyinizi xahiş edirəm. Andjey Duda, cənab Prezident, sizdən bu dialoqa dəstək verməyinizi xahiş edirəm. Bu milli təhlükəsizlikdir. Biz bunu gecikdirməməliyik. Yaxın günlər bizə bunu etmək şansı verir”, - deyə Ukrayna lideri qeyd edib.
Zelenski hökumətə fevralın 24-dək Ukrayna-Polşa sərhədində olmağı tapşırıb. O, orada olmağa hazır olduğunu da bildirib. Bundan əlavə, dövlət başçısı Avropa Komissiyasına (AK) Avropada birliyin qorunması ilə bağlı müraciət edib. Ukrayna Prezidenti iclasda AK nümayəndəsinin də iştirakını xahiş edib.