Zelenski onun Kiyevə səfərinə razı olmadı

zelenski-onun-kiyeve-seferine-razi-olmadi
Oxunma sayı: 3453

Almaniya Prezidenti Frank Valter Ştaynmayer istənilmədiyi üçün Ukraynanın paytaxtı Kiyevə gedə bilməyəcəyini bildirib.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, Ştaynmayer Varşavada verdiyi açıqlamada bildirib ki, Polşa Prezidenti Andrey Duda Ukrayna ilə ümumi Avropa həmrəyliyinə işarə vermək üçün Baltikyanı ölkələrin dövlət başçıları ilə Kiyevə getməyi təklif edib.

Ukrayna ilə həmrəylik nümayiş etdirmək üçün Kiyevə getmək istədiyini bildirən Ştaynmayer, "Mən buna hazır idim. Amma etiraf etməliyəm ki, Kiyev də bunu istəmədi" deyib.

Almaniyanın "Bild" qəzeti də Ukrayna Prezidenti Volodimir Zelenskinin Almaniya Prezidenti Frank Valter Ştaynmayerin Kiyevə səfər etmək tələbini rədd etdiyini yazıb.

Ukraynalı diplomatlardan biri "Ştaynmayerin Rusiya ilə yaxın əlaqələrini hamımız bilirik. O, hazırda Kiyevdə xoş qarşılanmır. Bunun dəyişib-dəyişməyəcəyini görəcəyik" deyə açıqlama verib.