Ukrayna lideri Volodimir Zelenski və Almaniya kansleri Olaf Şolts sentyabrın 6-da Almaniyanın Frankfurt şəhərində görüşəcək.
“Qafqazinfo” xəbər verir ki, barədə AFP məlumat yayıb.
“Almaniya kansleri Olaf Şolts və Volodimir Zelenski cümə günü Frankfurtda görüşəcək. Şəxsi görüş Ukraynaya hərbi dəstək verən ölkələrin ABŞ-nin Almaniyadakı Amerika aviabazasına toplaşdığı zaman baş tutacaq”, - deyə məlumatda bildirilir.