Zelenski orduya payız çağırışını ləğv etdi

Zelenski orduya payız çağırışını ləğv etdi
Oxunma sayı: 3633

Ukrayna Prezidenti Volodimir Zelenski orduya payız çağırışını ləğv edib.

“Qafqazinfo” “Strana” nəşrinə istinadən xəbər verir ki, Zelenski bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama uyğun olaraq, Ukraynada oktyabr-dekabr aylarında çağırış kampaniyası həyata keçirilməyəcək.

Bununla yanaşı, hərbi qulluqçuların ehtiyata buraxılması da hələlik təxirə salınıb.