Zelenski Putinlə dialoqun vacibliyini izah etdi

zelenski-putinle-dialoqun-vacibliyini-izah-etdi
Oxunma sayı: 928

Rusiya Prezidenti Vladimir Putinlə birbaşa dialoq Donbassdakı hərbi münaqişəni başa çatdırmağa və əsir mübadiləsinin davam etdirilməsinə imkan verəcək. “Qafqazinfo”nun məlumatına görə, bu barədə İsrailin “9 channel” telekanalına müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski danışıb.

Zelenskinin sözlərinə görə, Rusiya rəhbərliyi ilə əlaqə bir çox məsələlərin həll edilməsini təmin edə bilər, ölkələr arasındakı dialoq daha “Normand formatı” ilə məhdudlaşmır. Xüsusilə də, ukraynalı lider qeyd edib ki, dənizçi və gəmilərin qaytarılması heç cür “Minsk”lə bağlı olmayıb.

“Bu, mən və Rusiya Prezidenti arasında olan birbaşa dialoqdur. Başqa cür biz heç nəyi bitirməyəcəyik, heç kimi qaytarmayacağıq”, - Zelenski qeyd edib.