Zelenski Putinlə İndoneziyada görüşə bilər

zelenski-putinle-indoneziyada-goruse-biler
Oxunma sayı: 1743

İndoneziya Prezidenti Coko Vidodo ukraynalı həmkarı Volodimir Zelenskini G20 sammitinə dəvət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Zelenski öz rəsmi tviter hesabında paylaşıb.

Qeyd edək ki, G20 sammiti ilin sonunda baş tutacaq və sammitə İndoneziya ev sahibliyi edəcək. Məlumdur ki, Rusiya da G20 ölkələrinə daxildir. “Bloomberg” agentliyi yazır ki, İndoneziya Prezidenti Rusiya Prezidenti Vladimir Putini zirvə görüşünə dəvət etməməkdən imtina edib. Bu isə o deməkdir ki, sammit çərçivəsində Putin və Zelenski arasında görüş baş tuta bilər.