Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynaya bir şərtlə qayıdacağını bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, eks-prezident “Rustavi 2” telekanalına müsahibəsində bildirib ki, Ukraynadakı prezident seçkilərinin ikinci turunda şoumen Vladimir Zelenski qələbə qazansa, onda Ukraynaya qayıdacaq.
“Ukraynada inqilab baş verdi. Əminəm ki, ikinci turda Vladimir Zelenski qalib gələcək. Mən Ukraynanı sevirəm, mütləq ora qayıdacağam və Ukrayna vətəndaşlığımı bərpa edəcəyəm”, - deyə Saakaşvili söyləyib.
Bundan başqa, Saakaşvili siyasi fəaliyyətini Gürcüstanda davam etdirəcəyini açıqlayıb.
Xatırladaq ki, martın 31-də Ukrayanda keçirilən prezident seçkilərində V. Zelenski 30,45 faiz səslə lider olub. Mərkəzi Seçki Komissiyası aprelin 21-də seçkilərin ikinci turunun keçiriləcəyini açıqlayıb.
Son xəbərlər
Son Xəbərlər