Zelenski Qonçarukun istefasını qəbul etmədi - Video

zelenski-qoncarukun-istefasini-qebul-etmedi
Oxunma sayı: 2902

Ukrayna Prezidenti Vladimir Zelenski Aleksey Qonçarukun Baş Nazir postundan istefasını dəstəkləməkdən imtina edib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Reuters” yazıb.

Dövlət başçısı Baş Nazirə şans vermək qərarına gəlib. Zelenski hökumətdə zəif bəndlərin tapılmasının və onların dəyişdirilməsinin zəruriliyində israr edir.

Xatırladaq ki, Aleksey Qonçaruk yanvarın 17-də vəzifəsindən istefa verib. O, istefasını hökumət iclaslarının audio yazılarının yayımlanması ilə əlaqələndirib. Bildirib ki, bunlar quramadır.