Zelenski Quterreşlə əsirlərin təxliyəsi məsələsini müzakirə etdi

zelenski-quterresle-esirlerin-texliyesi-meselesini-muzakire-etdi
Oxunma sayı: 1182

"Ukrayna “Azovstal”dan insanların təxliyəsi və əldə edilmiş razılaşmaların dərhal həyata keçirilməsi üçün təcili danışıqlara hazırdır”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin Baş katibi Antonio Quterreşlə görüşündə deyib.

O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin Mariupolda hərbi əməliyyatların dayandırılması ilə bağlı sözlərinə baxmayaraq, “Azovstal” ərazisi Rusiya ordusunun bombardmanlarına məruz qalmaqda davam edir.

Zelenski Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə ilə bağlı mövqeyinə görə Quterreşə təşəkkür edib.

"BMT-nin insan haqları üzrə monitorinq missiyası öz növbəsində Rusiya Federasiyasının, Rusiya ordusunun bütün cinayətlərini sənədləşdirməyə davam etməlidir. Həqiqət budur ki, Rusiyanın işğalı Ukrayna torpağına, dinc əhaliyə, dinc şəhərlərə cinayətlər gətirdi. Cənab Quttereş xalqımızın Moskvanın Mariupol şəhərindən, xüsusən də “Azovstal” zavodundan evakuasiya edilməsi məsələsini qaldırıb, buna görə ona Ukrayna xalqı adından təşəkkür edirəm”, - deyə Zelenski bildirib.

BMT-nin baş katibi Antonio Quterreş görüşdə bildirib ki, Putin Moskvaya səfəri zamanı BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin Mariupoldakı "Azovstal" zavodundan mülki əhalinin təxliyyəsində iştirakına prinsipial razılıq verib.