Zelenski Quterreşlə görüşdü

zelenski-quterresle-gorusdu
Oxunma sayı: 903

Ukrayna Prezidenti Volodimir Zelenski ilə BMT-nin Baş katibi Antonio Quterreş arasında görüş olub.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, onlar “taxıl dəhlizi” və Rusiyanın Zaporojye AES-dəki nüvə şantajını müzakirə ediblər.

BMT-nin Baş katibi və Ukrayna Prezidenti Lvovda görüşüblər.

“Biz taxıl təşəbbüsünün həyata keçirilməsində koordinasiyanı davam etdirmək barədə razılığa gəldik. Onun inkişafının mümkün istiqamətlərini, ukraynalıların qanunsuz və məcburi deportasiyası, hərbi qulluqçularımızın və həkimlərimizin əsirlikdən azad edilməsi məsələlərini müzakirə etdik”, - deyə Zelenski qeyd edib. 
Onun sözlərinə görə, həmsöhbətlər Rusiyanın Zaporojye AES-də nüvə şantajı mövzusuna xüsusi diqqət yetiriblər:

“Təcavüzkarın qəsdən törətdiyi bu terror qlobal fəlakətli nəticələrə səbəb ola bilər. Ona görə də BMT bu strateji obyektin təhlükəsizliyini, onun demilitarizasiyasını və rus qoşunlarından tam azad edilməsini təmin etməlidir”.