Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə telefonla danışıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident Zelenski tviter hesabında paylaşım edib.
O bildirib ki, gələn il Parisdə keçiriləcək Olimpiya Oyunlarında rusiyalı idmançılar iştirak etməməlidir:
"Mən Rişi Sunaka ukraynalı hərbçilərin "Challengers" tanklarında təlimlərə başlaması ilə əlaqədar təşəkkür etdim. Biz Ukrayna ordusunun imkanlarının daha da genişləndirilməsi və uzunmüddətli perspektivdə Ukraynaya hərtərəfli dəstək haqqında danışdıq".
Son xəbərlər
Son Xəbərlər