Zelenski Rusiya ilə həmsərhəd ərazilərə getdi - Foto

zelenski-rusiya-ile-hemserhed-erazilere-getdi
Oxunma sayı: 1621

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə həmsərhəd olan Sumı və Çerniqov vilayətlərinə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə özünün teleqram kanalında məlumat yayıb.

Ukrayna lideri qeyd edib ki, səfərin məqsədi Kursk əməliyyatlarında iştirak edənlərə şəxsən təşəkkür etməkdir.

O bu regionları strateji istiqamət adlandırıb və onların Rusiya ilə qarşıdurma kontekstində əhəmiyyətini vurğulayıb.

“Bu gün bizim iki vilayətimiz - Çerniqov və Sumı strateji istiqamətdir, Rusiya ilə sərhəddir. Mən, həmçinin Kursk vilayətindəki əməliyyatlarda iştirak edənlərə şəxsən təşəkkür etmək istədim”, - Zelenski bildirib.