Zelenski Rusiyanın bu qurumlardan çıxarılmasını tələb edir

zelenski-rusiyanin-bu-qurumlardan-cixarilmasini-teleb-edir
Oxunma sayı: 2516

“Rusiya Federasiyası sülhü qorumaq öhdəliyini pozduğu üçün Baş Assambleyadan və BMT Təhlükəsizlik Şurasından xaric edilməlidir”.

“Qafqazinfo” Ukrayna mediasına isitnadən xəbər verir ki, bunu Prezident Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasının iclasının iştirakçılarına müraciəti zamanı deyib. 

“BMT nizamnaməsinə görə, beynəlxalq arenada sülhü qorumaq öhdəlikdir. Bu prinsipləri pozan üzv ölkələr Baş Assambleyadan və BMT Təhlükəsizlik Şurasından xaric edilə bilər. Rusiya bu prinsipləri pozsa da, hələ ki, məsuliyyətə cəlb olunmayıb. Rusiyanın Ukrayna ilə bağlı səsvermədə iştirak etmək hüququ yoxdur. Mən sizi Rusiyanı Baş Assambleyada səsvermə hüququndan məhrum etməyə çağırıram. Bu ədalətsizlikdir, Rusiyanın Təhlükəsizlik Şurasında qalmaq hüququ yoxdur”, - Zelenski qeyd edib.