Zelenski Rusiyaya aparılan ukraynalıların sayını açıqladı

zelenski-rusiyaya-aparilan-ukraynalilarin-sayini-aciqladi
Oxunma sayı: 2701

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qüvvələrinin ələ keçirdiyi torpaqlardan 500 minə yaxın ukraynalının Rusiyaya aparıldığını bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Zelenski Portuqaliya parlamentində videokonfrans vasitəsilə çıxış edən zaman deyib.

"Ruslar artıq ən azı 500 min vətəndaşımızı işğal etdikləri ərazilərdən Rusiyaya aparıblar. Bu, deportasiyadır, keçmişin ən dəhşətli totalitar rejimləri belə edib", -deyə Zelenski bildirib.

O, həmçinin, deportasiya edilən ukraynalıların sənədlərinin müsadirə edildiyini və onların ünsiyyətdən məhrum edildiyini, aparılan ukraynalıların Rusiyanın ucqar bölgələrinə göndərildiyini qeyd edib.