Zelenski sabah Türkiyəyə gedəcək

zelenski-sabah-turkiyeye-gedecek
Oxunma sayı: 2356

Ukrayna Prezidenti Volodimir Zelenski sabah Türkiyəyə rəsmi səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Zelenskinin Türkiyəyə səfəri zamanı Ukrayna-Rusiya müharibəsi, Taxıl Dəhlizi sazişi və regionda daimi sülh axtarışları ətraflı müzakirə olunacaq.

Prezident Rəcəb Tayyib Ərdoğan və qonağı Zelenski arasında Türkiyə və Ukrayna münasibətlərinin də müzakirə ediləcəyi qeyd olunur.