Zelenski “Şeremetyevo” faciəsinə görə başsağlığı verdi

zelenski-seremetyevo-faciesine-gore-bassagligi-verdi
Oxunma sayı: 1602

Ukraynanın seçilmiş prezidenti Vladimir Zelenski Moskvanın “Şeremetyevo” Hava Limanında baş vermiş təyyarə qəzasının qurbanlarına görə başsağlığı verib.

“Qafqazinfo”nun xəbərinə görə, feysbuk hesabında bununla bağlı qeyd paylaşan prezident Şri-Lanka teraktını xatırladaraq hər iki faciənin həyatın qorunmalı olduğu ən yüksək dəyərlərdən biri olduğunu bildirib.

“Biz həlak olanların yaxınlarına görə təəssüflənirik və həyatda daha olmayan insanları xatırlayırıq”, - deyə o, yazıb. 

Qeyd edək ki, mayın 5-də Rusiyanın Murmansk vilayətindən gələn “Aeroflot” aviaşirkətinə məxsus “Sukhoi Superjet 100” (SSJ-100) sərnişin təyyarəsi paytaxt Moskvanın “Şeremetyevo” Hava Limanına qəza enişini edən zaman yanıb. Hadisə nəticəsində göyərtədə olan 78 nəfərdən 41-i həlak olub.

Xatırladaq ki, aprelin 21-də Şri-Lankada baş vermiş 8 partlayışda 253 nəfər ölüb, 521 nəfər yaralanıb.