Zelenski Şoltsa təşəkkür etdi

Zelenski Şoltsa təşəkkür etdi
Oxunma sayı: 1766

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şoltsa təşəkkür edib.

“Qafqazinfo” xəbər verir ki, Zelenski "Leopard"ların verilməsi ilə bağlı qərara görə kanslerə minnətdarlığını bildirib.

“Almaniya kansleri Olaf Şoltsla telefon danışığı zamanı vacib və vaxtında verilmiş qərarla bağlı məlumat aldım. Kanslerə və Almaniyadakı bütün dostlarımıza səmimi qəlbdən minnətdaram”, - deyə Ukrayna lideri vurğulayıb.