Zelenski “taxıl dəhlizi” ilə bağlı çağırış etdi

Zelenski “taxıl dəhlizi” ilə bağlı çağırış etdi
Oxunma sayı: 1684

"Ukrayna taxıl təşəbbüsünü qeyri-müəyyən müddətə uzatmaq istəyir”.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ərzaq təhlükəsizliyi üzrə beynəlxalq sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bunun üçün “taxıl dəhlizi”ni ölkənin digər limanlarına qədər genişləndirmək lazımdır.

“Taxıl təşəbbüsü tam gücü ilə işləmir. Rusiyanın təqsiri ucbatından Bosforda 80-dən çox gəmi qalıb. Biz limanların sayının artırılmasının və bu mühüm təşəbbüsün qeyri-müəyyən müddətə davam etdirilməsinin, Rusiyanın bir daha buna mane olmamasının tərəfdarıyıq”.

“Ukrayna taxıl təşəbbüsünü humanitar böhrandan çıxmaq və aclıqla üzləşən ölkələrin ehtiyaclarını ödəmək üçün irəli sürüb. Bu təşəbbüs çərçivəsində ərzaq məhsulları Afrika və Asiya ölkələrinə çatdırılacaq”, - deyə Zelenski bildirib.