Zelenski təcili Milli Təhlükəsizlik Şurasını toplayır

Zelenski təcili Milli Təhlükəsizlik Şurasını toplayır
Oxunma sayı: 3350

Ukrayna Prezidenti Volodimir Zelenski sabah ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Zelenskinin mətbuat katibi Sergey Nikiforov açıqlayıb.

Onun sözlərinə görə, iclasın gündəliyi və digər detallar daha sonra açıqlanacaq.

Xatırladaq ki, sabah Kremldə Ukraynanın “referendum” keçirilən ərazilərinin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı müqavilələrin imzalanması mərasimi keçiriləcək.

Qeyd edək ki, sentyabrın 23-dən 27-nə qədər “Donetsk və Luqansk Xalq Respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı “referendum” keçirilib.