Zelenski Təhlükəsizlik Xidmətinin idarə rəislərini işdən çıxardı

zelenski-tehlukesizlik-xidmetinin-idare-reislerini-isden-cixardi
Oxunma sayı: 2940

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev, Lvov və Ternopol vilayətləri üzrə Ukrayna Təhlükəsizlik Xidmətinin idarə rəislərini işdən çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, müvafiq fərmanlar dövlət başçısının saytında dərc olunub.

“Zayats Sergey Sergeyeviçi Kiyev şəhəri və Kiyev vilayəti üzrə Ukrayna Təhlükəsizlik Xidmətinin Baş İdarəsinin rəisi vəzifəsindən azad etmək, Boreyçuk Yuri İvanoviçi Ternopol vilayəti üzrə Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad etmək, Bondarenko Artyom İqoreviçi Lvov vilayəti üzrə Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad etmək”, - sənədlərin mətnində deyilir.

Zelenskinin digər Fərmanı ilə Artyom Bondarenko Kiyev şəhəri və Kiyev vilayəti üzrə Ukrayna Təhlükəsizlik Xidmətinin Baş İdarəsinin rəisi təyin edilib.