Zelenski Türkiyə səfərinə görə tənqid olundu

zelenski-turkiye-seferine-gore-tenqid-olundu
Oxunma sayı: 3027

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin ailə üzvləri ilə Türkiyəyə istirahətə getməsi ölkədə birmənalı qarşılanmayıb.

“Qafqazinfo”nun xəbərinə görə, Ali Radanın birinci vitse-prezidenti, “Petro Poroşenkonun bloku”ndan olan İrina Heraşenko feysbuk hesabında məğlub olmuş və qalib olmuş prezidentləri müqayisə edib.

O, Poroşenkonun Maldiv adalarındakı istirahətinin cəmiyyətdə tənqid olunmağını xatırladıb: “Ümid edirəm ki, bu gün hər kəs Poroşenko və ailə üzvlərinin onun hakimiyyətə rəhbərlik etməyə başladıqdan bir il sonra dincəlməyə getdiyinə görə tənqid edilməyini xatırlayar”.

Onun sözlərinə görə, Poroşenkonun bu beş ildə istirahətə yollanmağı üçün sadəcə bir neçə gün vaxtı olub: “Əksər vaxt uşaqları o olmadan gəzməyə getmək məcburiyyətində qalırdılar”.