“Mariupolda bir uşaq susuzluqdan öldü. Bu, nasist əməlidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa növbəti müraciətində deyib.
“O qədər çox ölüm, zülm var ki… Sumi yenidən bombalandı. Sumı heç vaqxt Rusiyaya qarşı bir təhdid deyildi.
Kiyevə, Odessa, Xarkov… Hər yerə, on minlərlə insana hücum edəcəklər. onlar bizə, sülhsevər xalqa daha çox hücum edəcək”, - o qeyd edib.
“Göydən üzərimizə bombalar yağmağa davam edir, ölümlər işğalçıların günahıdır, amma məsuliyyət Qərbdədir.
13 gün vədlər eşitdik, 13 gün bizə havada yardım ediləcəyi, təyyarələrin olacağı, bizə təhvil veriləcəyi deyildi”.
Son xəbərlər
Son Xəbərlər