Zelenski Ukraynanın bərpası üçün fond yaradacaq

zelenski-ukraynanin-berpasi-ucun-fond-yaradacaq
Oxunma sayı: 1887

Ukrayna Prezidenti Volodimir Zelenski Amerikanın aktivlərin idarə edilməsi üzrə “BlackRock” şirkətinin rəhbərliyi ilə ölkənin yenidən qurulması üçün investisiya fondunun yaradılmasının təfərrüatlarını müzakirə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna lideri öz teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, fondun yaradılmasında əsas məqsəd ölkədə irimiqyaslı biznes layihələrinin həyata keçirilməsi üçün özəl və dövlət kapitalını cəlb etməkdir.

Siyasətçi belə bir fondun yaradılmasının investisiya mühitinin gücləndirilməsi üçün “güclü siqnal” olacağını vurğulayıb.