Zelenski Ukraynanın xaricdən silah almasının səbəbini açıqladı

zelenski-ukraynanin-xaricden-silah-almasinin-sebebini-aciqladi
Oxunma sayı: 1089

“Ukrayna öz ordusunun döyüş qabiliyyətini və imkanlarını artırır, lakin ölkə Qərb tərəfdaşlarından aldığı silahları yalnız müdafiə üçün istifadə etmək niyyətindədir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bu gün keçirilən mətbuat konfransında deyib.

“Biz yalnız sülh və ərazilərin diplomatik yolla işğaldan azad edilməsi haqqında düşünürük”, - deyə Zelenski qeyd edib.