Zelenski və Sunak bu məsələləri müzakirə etdi

zelenski-ve-sunak-bu-meseleleri-muzakire-etdi
Oxunma sayı: 2255

Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Rişi Sunak telefonla danışıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Zelenski tviter hesabında məlumat verib.

Danışıq zamanı cəbhədəki son vəziyyət, yerli və beynəlxalq bir sıra məsələlər müzakirə edilib.

O, göstərdikləri dəstəyə görə  Rişi Sunaka təşəkkür edib:

“Böyük Britaniyanın güclü dəstəyi sarsılmazdır”.