Zelenski xalqa yenə müraciət etdi - Video

zelenski-xalqa-yene-muraciet-etdi
Oxunma sayı: 3847

Ukrayna Prezidenti Vladimir Zelenski ukraynalıları Birlik Günü münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, Zelenski bununla bağlı öz rəsmi instaqram hesabında videomüraciət paylaşıb.

O bildirib ki, bütün ukraynalılar fərqli olsa da, onları vahid arzu – yaşamaq, sülh içində yaşamaq, xoşbəxt yaşamaq birləşdirir: “Və bütün bunlara bizim tam haqqımız var, çünki biz evdəyik, biz Ukraynadayıq. Və heç kim bizim evimizi biz sevdiyimiz kimi sevməyəcək. Biz öz evimizi birgə qoruya bilərik. Birlik gününüz mübarək, mavi-sarılar”.

Ukrayna Prezidenti daha sonra xanımı Yelena Zelenskaya ilə fotosunu paylaşaraq xalqı təbrik edib.

Xatırladaq ki, V. Zelenski fevralın 16-sının Ukraynada Birlik Günü kimi təyin edilməsi haqqında fərman imzalayıb.