Zelenski xanımı ilə Yaponiyada - Fotolar

zelenski-xanimi-ile-yaponiyada
Oxunma sayı: 3120

Ukrayna Prezidenti Vladimir Zelenski xanımı Yelena Zelenskaya ilə birlikdə Yaponiyaya işgüzar səfərə yollanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident Ofisinin tvitter mikrobloqunda məlumat və fotolar yerləşdirilib.

21-24 oktyabrda baş tutacaq səfər proqramında Zelenskinin Yaponiyanın Baş Naziri Sindzo Abe, Yaponiya parlamentinin hər iki palatasının rəhbərləri, Ukrayna ilə Yaponiya Parlamenti Dostluq Assosiasiyasının üzvləri, Yaponiya Beynəlxalq İnkişaf Agentliyinin və Yaponiya Yeni İqtisadiyyat Birliyinin rəhbərliyi və yapon iş adamları ilə görüşləri nəzərdə tutulub.

O, həmçinin Yaponiyanın yeni imperatoru Naruhitonun taxt-taca çıxması münasibətilə keçiriləcək parada qatılacaq.