Zelenski yeni istefaların anonsunu verdi

Zelenski yeni istefaların anonsunu verdi
Oxunma sayı: 2110

“Ukraynada kadr dəyişikliyi davam etdiriləcək”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində açıqlayıb.

Onun sözlərinə görə, Ukrayna dünən növbəti kadr dəyişikliyinə şahidlik edib: “Burada növbəti sözünü xüsusi vurğulayıram. Müvafiq addımlar davam etdiriləcək”.

Zelenski, həmçinin qeyd edib ki, dövlətə mane olan istənilən daxili problem aradan qaldırılacaq və bu, Avropa qurumları ilə yaxınlaşmağa kömək edəcək. 

Xatırladaq ki, yanvarın 24-ü Ukraynada bir neçə nazir müavini və vəzifəli şəxslər istefaya göndərilib.