Zelenski yenidən Putinlə sülh danışıqlarına hazır olduğunu bəyan etdi

zelenski-yeniden-putinle-sulh-danisiqlarina-hazir-oldugunu-beyan-etdi
Oxunma sayı: 1646

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə sülh danışıqlarına hazır olduğunu bir daha bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna liderinin iştirakı ilə videokonfrans təşkil edən “Financial Times” məlumat yayıb.

“Zelenski “döyüş meydanında qələbə qazanmaq lazım olduğunu” söylədi, lakin eyni zamanda Rusiya prezidenti Vladimir Putinlə sülh danışıqlarına açıq olduğunu təsdiqlədi”, - məlumatda deyilir.

Ukrayna rəhbərinin sözlərinə görə, Rusiya ilə münaqişədə dalana dirənmək Kiyev üçün “seçim” deyil.

O, Ukraynaya hərbi dəstək vermək çağırışı ilə də yenidən Qərbə üz tutub.

Bundan əvvəl Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri, Radanın deputatı David Araxamia bildirib ki, Moskva ilə dialoqun bərpası Qərbdən silah tədarükünün artırılması ilə mümkündür.

Bundan əvvəl də Zelenski dəfələrlə Putinlə dialoqa hazır olduğunu bəyan etmişdi.