Zelenskidən iki mühüm təyinat

zelenskiden-iki-muhum-teyinat
Oxunma sayı: 5125

Ukrayna prezidenti Volodimir Zelenski Kiyev Regional Hərbi Administrasiyasına yeni rəhbər və Birləşmiş Qüvvələr əməliyyatına yeni komandan təyin edib.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı videmüraciətində Zelenski deyib: 

“Paytaxtın və regionun müdafiəsini daha da gücləndirmək üçün mən Ukrayna qəhrəmanı, general-leytenant Aleksandr Pavlyuku KRHA rəhbəri, general-mayor Eduard Moskalevi isə Birləşmiş Qüvvələrin əməliyyat komandanı vəzifəsinə təyin etdim. İşdən çıxarılan KRHA rəhbəri Aleksey Kuleba hərbi rəhbərliyə kömək edəcək”.