Zelenskini o parodiya edəcək - Video

zelenskini-o-parodiya-edecek
Oxunma sayı: 1275

Ukraynanın “İnter” telekanalında yayımlanan “Veçerniy kvartal” verilişində ölkə başçısı Vladimir Zelenskini parodiya edəcək aktyor tapılıb.

“Qafqazinfo” Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, “Bratya Şumaxerı” duetinin keçmiş üzvü Yuri Velikidir.  

Artıq aktyor Zelenskini parodiya etdiyi vaxt çəkdiyi videonu İnstaqram hesabında paylaşıb.