Zelenskinin çinli həmkarı ilə müzakirə etdiyi məsələlər açıqlandı

zelenskinin-cinli-hemkari-ile-muzakire-etdiyi-meseleler-aciqlandi
Oxunma sayı: 2012

Ukrayna Prezidenti Volodimir Zelenskinin çinli həmkarı Si Cinpinlə telefon danışığı zamanı müzakirə etdiyi məsələlər açıqlanıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, danışıq zamanı əsas müzakirə mövzusu Ukraynadakı münaqişənin həlli olub.

Zelenski Ukraynanın ərazi bütövlüyünün 1991-ci il sərhədləri daxilində bərpa edilməli olduğunu bildirib.

Qeyd edək ki, Çin Xalq Respublikasının sədri Si Cinpin ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.